Çempionlar Liqası: "Arsenal", "Borussiya" yoxsa "Napoli"?

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulacaq.

Qol.Az-ın məlumatına görə, son turda 8 qarşılaşma baş tutacaq.

E qrupunun lideri "Çelsi" öz meydanında "Styaua"nı sınağa çəkəcək. Digər oyunda "Bazel" səfərdə "Şalke"nin qonağı olacaq.

F qrupunda "Marsel" doğma meydanda Dortmund "Borussiya"sı ilə münasibətlərinə aydınlıq gətirəcək. Digər oyunda "Arsenal" səfərdə "Napoli"nin qonağı olacaq.

G qrupunun lideri "Atletiko" Madriddə "Porto"ya qalib gəlməyə çalışacaq. Digər oyunda "Zenit" Avstriyanın eyni adlı komandasına qonaq olacaq.

H qrupunda "Milan" doğma meydanda "Ayaks"ın müqavimətini qırmağa çalışacaq. "Barselona" isə "Seltik"i qəbul edəcək.

Qeyd edək ki, keçirilən bu oyunlardan sonra Çempionlar Liqasının 1/8 final mərhələsinə yüksələcək bütün komandalar məlum olacaq.

11 dekabr

Çempionlar Liqasının qrup mərhələsi, VI tur

E qrupu

23:45. "Şalke" (Almaniya) - "Bazel" (İsveçrə)

23:45. "Çelsi" (İngiltərə) - "Styaua" (Rumıniya)

1 Çelsi 5 3 0 2 11 / 3 9
2 Bazel 5 2 2 1 5 / 4 8
3 Şalke 5 2 1 2 4 / 6 7
4 Styaua 5 0 3 2 2 / 9 3

F qrupu

23:45. "Marsel" (Fransa) - "Borussiya" (Dortmund, Almaniya)

23:45. "Napoli" (İtaliya) - "Arsenal" (İngiltərə)

1 Аrsenal 5 4 0 1 8 / 3 12
2 Borussiya 5 3 0 2 9 / 5 9
3 Napoli 5 3 0 2 8 / 9 9
4 Мarsel 5 0 0 5 4 / 12 0


G qrupu

23:45. "Atletiko" (Madrid, İspaniya) - "Porto" (Portuqaliya)

23:45. "Avstriya" (Avstriya) - Zenit" (Rusiya)

1 Atletiko (Madrid) 5 4 1 0 13 / 3 13
2 Zenit 5 1 3 1 4/ 5 6
3 Porto 5 1 2 2 4 / 5 5
4 Avstriya 5 0 2 3 1 / 9 2

H qrupu

23:45. "Milan" (İtaliya) - "Ayaks" (Hollandiya)

23:45. "Barselona" (İspaniya) - "Seltik" (Şotlandiya)

1 Barselona 5 3 1 1 10 / 4 10
2 Milan 5 2 2 1 8/ 5 8
3 Ayaks 5 2 1 2 5 / 8 7
4 Seltik 5 1 0 4 2 / 8 3

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31