"Real Madrid" əzəli rəqibinin rekordunu yenilədi

Çempionlar Liqasının qrup mərhələsində hazırda "Kopenhagen"lə qarşılaşan "Real Madrid" yeni rekorda imza atıb.  Qol.Az-ın məlumatına görə, Madrid klubu Çempionlar Liqasında ardıcıl olaraq 31 oyunda qol vuraraq "Barselona"ya aid olan rekordu yeniləyib. Kataloniya klubu indiyədək ardıcıl 30 matçda qol vuraraq bu göstəricidə hamını qabaqlayırdı. "Real"a rekord gətirən qolu isə görüşün 25-ci dəqiqəsində Luka Modriç vurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31