"Qalatasaray" - "Yuventus" oyunu yarımçıq dayandırıldı

Dekabrın 11-nə keçən gecə UEFA Çempionlar Liqasının qrup mərhələsində son turun oyunlarına start verilib. Modern.az saytının məlumatına görə, ilk oyun günündə 8 qarşılaşma baş tutub. Ancaq bu oyunlardan biri yarımçıq dayandırılıb. 
Bu olay elə azərbaycanlı azarkeşlərin də diqqətlə izlədiyi B qrupunda baş tutan "Qalatasaray"-"Yuventus" oyunu zamanı yaşanıb. Oyunun 34-cü dəqiqəsində qar yağması səbəbindən meydançanın ağarmasının əsas gətirən potuqaliyalı hakim komandaları kənara çıxarıb. Yarım saatlıq məsləhətləşmələrdən sonra qarşılaşmanın davam etdirlməməsinə qərar verilib.

Matç UEFA-nın qərarı ilə bu gün Bakı vaxtı ilə saat 18:00-da oynan;lacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31