Droqba: "Mənim fəlsəfəmdə o yoxdur"

"Qalatasaray"ın ulduz futbolçusu Didye Droqba "GS TV"yə müsahibə verib. Müsahibənin maraqlı hissələrini təqdim edirik:

- Doğru olmadığını bilirəm, amma azarkeşlər üçün soruşmağa məcburam. Bir neçə gündü mətbuat burda xoşbəxt olmadığını və mövsümün sonunda komandadan getmək istədiyini yazır. Burdan azarkeşlərə həqiqəti demək istəyirsən?
- Hə, əldə etdiyimitz nəticələrə görə xoşbəxt deyiləm. Komandası udmayan və istədiyi şəkildə oynamayan biri üçün xoşbəxt olmaq asan deyil. Mariddə 10 nəfərlə qalmış rəqibə qarşı 11 nəfər oynadıq, hesab 1:1 idi. Amma 1:4 hesabı ilə uduzduq. Təbii ki, xoşbəxt olmadım. Amma bu getmək istədiyim anlamına gəlmir. Mən bütün oyunları qazanmaq, azarkeşlərimizin xoşbəxt olmasını istəyirəm. Çünki hazırda tribunaların dolmadığını görürəm. Biz bu vəziyyəti dəyişməyə məcburuq. Son vaxtlar ən yaxşı oyunumuzu oynamırıq, amma bu dəyişməlidi. Burdayam və yaxşı oynamaq, qazanmaq istəyirəm. Hazırda çətin dönəmdən keçirik. Ammaa Didye kazanmağa başlayanda hər kəs bundarı unudacaq. Futbol belə bir şeydi. Bir çox ölkədə oynamışam. Biz indi birlikdə olmalı, bir araya gəlməliyik. Komanda olaraq, klub olaraq bir arada olmalıyıq, çünki bizim tək bir adımız var: "Qalatasaray".

- Bunu müzakirə etmək hələ tezdi. Amma faktdı ki, mövsümün sonunda müqavilən başa çatır. Bütün azarkeşlər naraşatdı. Gələn mövsümlə bağlı bir fikrin varmı?
- Gələn mövsüm üçün danışmaq hələ tezdi. Amma bir şey dəqiqdi ki, yanvarda heç yerə getməyəcəm. Müqaviləmin sonunadək burdayam. Əgər klubum da istəsə, mən imzaladığım müqaviləyə hörmət edərəm və sonuna qədər oynayam. Qarşıda hələ 6 ay var. "Qalatasaray"a minnətdaram, çünki mənə yenidən yüksək səviyyədə oynamaq imkanı verdi. Bu səbəbdən çox xoşbəxtəm. Hazırda çətin günlər yaşaya bilərik, amma mən burda olduğum üçün xoşbəxtəm.

- İngiltərə mətbuatında bir xəbər diqqətimi çəkdi. "Çelsi"nin baş məşqçisi Joze Mourinyo futbolçularını oyuna kökləmək üçün səni örnək göstərir və "Droqba qədər güclü olmalısınız" deyir. Bununla bağlı nə düşünürsən?
- Oyunçular üçün bu bəlkə asan ola bilər, çünki çoxu məni tanıyır. Mənim fəlsəfəmdə əsla ruhdan düşmək yoxdu. Ruhlandırmağa, hər zaman qarşılıq verməyə çalışıram. Çünki bu futbolun və həyatın vacib hissəsidi. Mourinyo məni həmişə təzyiqli mühitə göndərirdi. Futbol sadəcə bütün matçları 5:0, 6:0, 7:0 qazanmaqdan ibarət deyil. Bu bir neçə dəfə ola bilər. Hər həftə olsa, darıxdırıcı olar. Hazırda biz də komanda olaraq çətin vəziyyətdəyik və mən komandama faydalı olmaq üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Qol vurmaq önəmlidi, gözəldi, amma qol ötürməsi vermək də önəmlidi, son üç matçda etdiyim kimi. Həmişə qol vurmaya bilərəm. Bəzən qol vəziyyəti yaradırsan, amma vura bilmirsən. Bu mənim üçün problem deyil. Önəmli olan komandanın qazanmasıdı. Qələbənin mənim qolumla, yoxsa Burakın, Umutun və ya başqa birinin qolu ilə qazanılmasının fərqi yoxdu.fanat.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31