AFFA İcraiyyə Komitəsi milli komandanın baş məşqçisi məsələsini müzakirə edəcək

Dekabrın 18-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. AFFA xəbər verir ki, iclasda Azərbaycan milli komandasının baş məşqçisi məsələsi müzakirə ediləcək. Eləcə də UEFA yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak üçün lisenziya almaq istəyən klublarda fiziki hazırlıq üzrə məşqçinin olmasının lisenziyalaşdırma prosesində A dərəcəli meyar kimi qəbul olunması, AFFA-nın təşkil etdiyi uşaq və yeniyetmə liqaları ilə bağlı yeni təkliflərin müzakirəsi gözlənilir. trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31