Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib
10 Dekabr 2013 10:42 İdmanHeydər Əliyev Fondunun Türkiyə təmsilçiliyi və Eskişehir Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə Türkiyənin Eskişehir şəhərində Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turniri və anma mərasimi keçirilib. "OLAYLAR"-ın Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, Eskişehirin 19 May Gənclik mərkəzində keçirilmiş şahmat turnirində Ankara, İstanbul, İzmir, Bursa və Eskişehirdəki universitetlərdə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. Turnirin qaliblərinə mükafatları Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyinin nümayəndəsi Ramil Ağayev və Eskişehir Azərbaycanlıları Dərnəyinin sədri Cavid Aydın veriblər.
Ulu öndər Heydər Əliyevin vəfatının onuncu ildönümü münasibətilə Eskişehir Anadolu Universitetində keçirilmiş mərasimdə şəhər valiliyi və bələdiyyəsinin nümayəndələri, azərbaycanlı tələbə və müəllimlər iştirak ediblər.
Eskişehirdəki Osman Qazi Universitetinin professoru Tamilla Əliyeva tələbələr qarşısında Heydər Əliyevin zəngin həyat və fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edib.