İlin ən yaxşı hücumçusu adına 15 namizəd bəlli oldu

FİFA bu gün 2013-cü ilin ən yaxşı hücumçusuna namizəd 15 futbolçunun adını açıqlayıb. Qol.Az-ın FİFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, siyahıda yer alan 15 futbolçunun cari ildə həm milli komanda, həm də klublarındakı çıxışları əsas götürülüb.
Hücumçu ilə yanaşı, ilin ən yaxşıları sırasında 5 qapıçı, 20 müdafiəçi və 15 yarımmüdafiəçi də var.


2013-cü ilin ən yaxşı hücumçusuna namizəd 15 futbolçu:

Serxio Aquero (Argentina, "Mançester Siti"), Mario Balotelli (İtaliya, "Mançester Siti" / "Milan"), Edinson Kavani (Uruqvay, "Napoli" / PSJ), Dieqo Kosta (İspaniya, "Atletiko",Madrid) Kriştiano Ronaldo (Portuqaliya, "Real",Madrid), Didye Droqba (Fil Dişi Sahili, "Şanxay Şenhua" / "Qalatasaray"), Radamel Falkao (Kolumbiya, "Atletiko",Madrid / "Monako"), Zlatan İbrahimoviç (İsveç, PSJ), Robert Levandovski (Polşa, "Borussiya",Dortmund), Mario Mandzukiç (Xorvatiya, "Bavariya"), Lionel Messi (Argentina, "Barselona"), Neymar (Braziliya, "Santos" / "Barselona"), Ueyn Runi (İngiltərə, "Mançester Yunayted"), Luis Suarez (Uruqvay, "Liverpul"), Robin van Persi (Hollandiya, "Mançester Yunayted").

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31