Azərkeşi olduğu kluba görə özünü binadan atdı
Keniyalı tərəfdar intihar etmədən əvvəl yoldaşlarına "artıq bu komandanın davamlı uduzmasına dözə bilmirəm" deyibmiş
9 Dekabr 2013 17:36 İdmanKeniyada qeyri-adi hadisə baş verib. Türkiyə mətbuatının verdiyi məlumata görə, Con Cimmi Makaria adlı keniyalı tərəfdar, "Mançester Yunayted"in evində "Nyukasl Yunayted"ə 1-0 məğlub olduğu matçın ardından Nairobidə bir binanın yeddinci mərtəbəsindən özünü atıb. Keniyanın xəbər saytı "Standard Digital"ın məlumatında gənc azərkeşin hadisə yerindəcə dünyasını dəyişdiyi bildirilib. Keniya polisinin bildirdiyinə görə, Makaria intihar etmədən əvvəl yoldaşlarına "artıq bu komandanın davamlı uduzmasına dözə bilmirəm" dediyi məlum olub. Həmçinin bildirilib ki, Keniyalı gənclər futbol matçlarını həddindən çox ciddi qəbul edirlər və bu cür hal birinci dəfə deyil.
Qeyd edək ki, intihar edən tərəfdar Makaria 23 yaşında olub. ans