"Qızıl Top"a iddialı 3 əsas namizədin adı açıqlandı
9 Dekabr 2013 17:29 İdman"Qızıl Top"un son 3 əsas namizədləri bəlli oldu FİFA xəbər verir ki, qurum Ballon d'Or ("Qızıl Top") mükafatını almaq üçün son 3 namizədin adlarını açıqlayıb.
Bunlar Frenk Riberi ("Bavariya"), Lionel Messi ("Barselona") və Kriştianu Ronaldudur ("Real Madrid").
Qeyd edək ki, İsveçrənin Sürix şəhərində 2014-cü il yanvarın 13-də təşkil olunacaq təntənəli mərasimdə "Qızıl Top" mükafatını bu üç futbolçudan biri alacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31