Kiyevdə Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnir keçirilib
9 Dekabr 2013 16:24 İdmanUkraynanın paytaxtı Kiyevdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə V beynəlxalq turnir keçirilib. "OLAYLAR"-ın Ukraynadakı Azərbaycan səfirliyinə istinadən verdiyi xəbərə görə, "Azərbaycançılıq İnstitutu" Beynəlxalq İctimai Təşkilatının prezidenti, Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının sədri Oleq Krapivinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilmiş yarışlarda Ukrayna, Azərbaycan, Belarus, Almaniya, Moldova, Rusiya, Rumıniya və Özbəkistandan yeniyetmə sərbəst güləşçilər iştirak ediblər. Yarış yığma komandamız üçün uğurlu olub, Mahir Əmiraslanov, Teymur Məmmədov və Məhəmmədrəsul Qazıməhəmmədov qalib olublar. Qaliblərə medallar, kuboklar və pul mükafatları təqdim edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31