Ernest Nfor: Start heyətində olsaydım, daha yaxşı oynayardım

"Məğlub olmağımıza səbəb rəqibin bizdən daha yaxşı oynaması idi". Bunu apasport.az saytına "Neftçi"nin kamerunlu hücumçusu Ernest Nfor deyib.
Topaz Premyer Liqasının XVI turunda "Qarabağ"a 1:3 hesablı məğlub olduqları görüş haqda danışan Nfor bildirib ki, daha yaxşı oynaya bilərmiş: "Meydana ikinci hissədə çıxdım. Start heyətində olsaydım, daha yaxşı oynayardım. Belə rəqibdən hər an sürpriz gözləmək olar. Onların güclü çıxışına həmişə hazır olmalıyıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31