Melvin Platye: Bu nədir, yeni titul? - MÜSAHİBƏ

"Neftçi" klubunun hollandiyalı legioneri Melvin Platye Topaz Premyer Liqasının XVI turunda "Qarabağ"a 1:3 hesablı məğlubiyyətdən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

- Əzəli rəqibinizə uduzaraq, turnir cədvəlində mövqeyinizi əldən verdiniz. Məğlubiyyətə nə səbəb oldu?
- "Qarabağ" bizdən yaxşı oynadı. Hesabı bərabərləşdirdikdən sonra yaxşı çıxış etdik. Çoxlu qol şanslarımız oldu. Sadəcə, bəxtsizlikdən həmin şanslardan yararlana bilmədik. Nəticədə 3-cü pilləyə düşdük ki, bu da bizim üçün yaxşı yer deyil.

- Bundan sonra demək olarmı ki, "Qarabağ" qış çempionudur?
- Bu nədir, yeni titul? "Qarabağ" hələ çempion olmayıb. Hələ qarşıda 20 tur var. Ona kimi "Qarabağ" çox xallar itirəcək.

- Dediniz ki, "Qarabağ" sizdən yaxşı oynadı. Bunun səbəbi nədir?
- Düşünürəm ki, "Qarabağ" bizdən fərqli, şanslarından yararlanmağı bacardı. Bizim isə qol vurmaq üçün bəxtimiz olmadı. Ancaq növbəti tur "Qəbələ" ilə görüşdə bu şanssızlığı aradan qaldırmağa çalışacağıq. Həmin oyuna 3 xal qazanmaq üçün çıxacağıq.

- Öz oyununuz haqqında nə deyə bilərsiniz?
- Öz çıxışım haqqında nə deyə bilərəm ki? Cəmi 8-10 dəqiqə çıxış etmişəm. Qapımızda 3 qol gördükdən sonra meydana girdim ki, artıq iş işdən keçmişdi.

- Qapınıza təyin olunan penalti qərarı nə dərəcədə düzgün idi?
- Həmin epizodu yaxşı görə bilmədim. Ona görə də bu haqda nəsə deməyim düzgün çıxmaz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31