Messi: "Rəqiblərimiz heç də zəif deyil"
9 Dekabr 2013 19:30 İdmanArgentina millisinin futbolçusu Lionel Messi "DÇ-2014"ün püşkünü dəyərləndirib. Qol.Az-ın məlumatına görə, "Barselona"nın forvardı qrupdakı rəqiblərinin zəif olmadığını bildirib: "Dünya çempionatında bu komandalarla qarşılaşacağımız üçün çox şadam. Rəqiblərimizdən heç biri zəif deyil. Ümumiyyətlə zəif komanda mundialda iştirak etmir. Bu səbəbdən qrupda bütün oyunların bizim üçün çətin keçəcəyini düşünürəm".
Qeyd edək ki, Argentina millisi F qrupunda Bosniya Hersoqovina, İran və Nigeriya yığmaları ilə mübarizə aparacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31