"Borussiya" "Marsel"lə oyuna itkilərlə çıxacaq

"Borussiya" (Dortmund) klubu Çempionlar Liqasının qrup mərhələsinin son oyununda baş tutacaq "Marsel"lə matça ciddi itkilərlə çıxacaq. Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, sözügedən qarşılaşmada "Bayer"lə oyunda zədələnən Sven Bender forma geyinə bilməyəcək. Türk yarımmmüdafiəçi Nuri Şahinin də bu görüşü buraxacağı gözlənilir.
Qeyd edək ki, Dortmund təmsilçisində İlkay Gündoğan və Sebastiyan Kel də zədəlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31