Mourinyo: "Vəziyyətimiz pisləşir"

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo komandanın son oyunlardakı çıxışından narazıdır. Qol.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis "Stok Siti"yə məğlubiyyətin ardından "BBC"ə açıqlamasında komandasını şikayət edib: "Komandamın əldə etdiyi qol fürsətlərini qaçırması məni narahat edir. Son oyunumuzda 60 dəqiqə ərzində 3 və ya 4 qol vura bilərdik. Vəziyyətimiz pisləşməyə başlayır".

Qeyd edək ki, "Çelsi" hazırda Premyer Liqada 30 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31