"Qarabağ" büdrədi, "Neftçi" liderliyə yüksəldi

Bu gün Azərbaycan Premyer Liqada 16-cı turun oyunların baş tutub.Trend-in məlumatına görə, turun açılış matçı Qəbələdə keçirilib.Burada yerli komanda "Simurq"u sınağa çəkib və 2:1 hesabı ilə qalib gəlib.Turun digər oyununda AZAL öz meydanında "Rəvan"la münasibətlərinə aydınlıq gətirib. Şahin Diniyevin komandası 90 dəqiqə 1:0 hesabı ilə öndə olsa da, AZAL-ın futbolçusu Şəhriyar Rəhimov 90 və 90+3-cü dəqiqələrdə vurduğu 2 qolla komandasına qələbə qazandırıb - 2:1.Paytaxtın digər təmsilçisi "Bakı" klubu bu tur Sumqayıta səfər edib. Görüş paytaxt klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.Günün maraq doğuran oyunlarından biri "Şəfa" stadionunda keçirilib.Burada "İnter" və "Xəzər Lənkəran" komandaları üz-üzə gəlib. Qarşılaşmada hesab açılmayıb.Tofiq Bəhramov adına respublika stadionunda keçirilən "Qarabağ" və "Neftçi" komandaları arasında "Neftçi" görüşdə qələbə qazanaraq komanda turu lider kimi başa vurdu.Azərbaycan çempionatının derbisi hesab olunan "Qarabağ" - "Neftçi" matçı 3:1 hesabı ilə bitib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31