“Aramızda həll edilməyəcək məsələ yoxdur”

Türkiyədə səfərdə olan İraqın xarici işlər naziri Hoşyar Zebari ilə görüşən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu 2 həftə sonra Bağdada gedəcəyini bildirib. Bu barədə "OLAYLAR" xəbər verir. Iraqın xarici işlər naziri ilə görüşən Türkiyə prezidenti Abdullah Gül "Türkiyə ilə İraq arasında olan sıx əməkdaşlıqdan bütün region faydalanacaqdır" deyə bildirib.  1 saat davam edən görüş zamanı Abdullah Gül "Əməkdaşlığın hər sahədə inkişaf etdirilməsi üçün ortaq iradə mövcuddur" deyə bildirib. İraqın xarici işlər naziri də öz növbəsində İraqın yaxın dostu olaraq gördükləri türkiyə ilə əlaqələrə önəm verdiklərini diqqətə çatdırıb.

Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək də İraqın xarici işlər nazirini qəbul edib. Cəmil Çiçək görüş zamanı Türkiyə ilə İraq arasında həll edilməyəcək heç bir məsələ yoxdur deyə bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31