"Bavariya" itirə-itirə gedir
25 Oktyabr 2013 13:26 İdman"Bavariya"da daha bir futbolçu sıradan çıxıb. Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, zədələnən Klaudio Pisarronun altı həftə yaşıl meydanlardan uzaqda qalacağı bildirilib. Bundan əvvəl Xerdan Şaqiri və Holqer Badstuperin də zədələndiyi üçün bir müddət oyunlarda iştirak etməyəcəyi açıqlanmışdı.
Qeyd edək ki, komandanın digər oyunçusu Tiaqo Alkantara isə yenidən məşqlərə başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31