"Qalatasaray"ın futbolçuları mükafatlandırılırA
24 Oktyabr 2013 15:17 İdmanÇempionlar Liqasının qrup mərhələsində "Kopenhagen"i məğlub (3:1) edən "Qalatasaray"ın futbolçuları klub rəhbərliyi tərəfindən mükafatlandırılacaq.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, əslində İstanbul klubu oyunçularına ÇL-də öz meydanlarında qələbə qazandığı təqdirdə 200 min dollar verir.
Ancaq rəhbərlik bu qarşılaşmada komandanın uğurlu çıxışı səbəbindən futbolçulara ümumən 1 milyon avro mükafat ayırıb.
Qeyd edək ki, bu qələbə ilə xalını 4-ə yüksəldən "Cim Bom" turnir cədvəlində ikinci pillədə qərarlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31