Mançininin iki illik fasilədən sonra ilk qələbəsi
24 Oktyabr 2013 15:22 İdman"Qalatasaray"ın baş məşqçisi Roberto Mançini Çempionlar Liqasında iki illik fasilədən sonra ilk qələbəsini qazanıb. Qol.Az-ın məlumatına görə, ötən mövsüm italiyalı mütəxəssis "Mançester Siti" ilə ÇL-də üç heç-heçə, üç məğlubiyyət əldə etmişdi. İstanbul klubu ilə ilk matçında isə "Yuventus"la 2:2 hesabı ilə bərabərə qalmışdı.
Mançini dünən "Kopenhagen"lə matçda "Cim-bom"un qələbə (1:3) qazanması ilə 7 oyundan sonra qalibiyyət əldə edib.
Qeyd edək ki, baş məşqçi sonuncu dəfə ÇL-də 2011-ci ildə "Bavariya" ilə matçda 2:0 hesablı qələbə qazana bilmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31