PSJ rekordunu yenilədi

Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində səfərdə "Anderlext"ə 5:0 hesabı ilə qalib gələn Fransanın PSJ klubu öz rekordunu yeniləyib.

Qol.Az-ın məlumatına görə, bu qələbə Paris təmsilçisinin avrokuboklarda səfərdə ən böyükhesablı qalibiyyəti olub.

Belçikada keçirilən görüşdə 4 qol vuran Zlatan İbrahimoviç isə turnirdə poker edən 11-ci futbolçu kimi Çempionlar Liqasının tarixinə düşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31