Toşakdan "Neftçi" rəhbərliyi ilə bağlı şok açıqlama

"Xəzər Lənkəran" və "Neftçi" arasında dünən baş tutan Superkubok oyununun ikinci hissəsində meydana daxil olan 2 ambulans maşınından biri az qala bölgə təmsilçisinin baş məşqçisi Con Toşakın həyatına son qoyacaqdı. Apasport.az saytının məlumatına görə, uelsli çalışdırıcı hətta buna görə öz narazılığını kəskin şəkildə sürücüyə bildirmişdi.

Toşak qarşılaşmadan sonra keçirilən mətbuat konfransında bu məsələyə də toxunmuşdu. Onun bu haqda fikirləri yarızarafat şəkildə belə olmuşdu:

"Məncə, təcili tibbi yardım maşınlarına belə etməyi "Neftçi"nin prezidenti göstəriş vermişdi. Yəqin ki, ikinci ambulans mənim üçün gəlmişdi".

Bu məsələyə AFFA-nın baş katibi Elxan Məmmədovdan da aydınlıq gəlib: "Təcili tibbi yardım maşınının sürücüsü ehtiyatsızlığa yol vermişdi. Xoşbəxtlikdən, orada kiməsə elə bir xətər yetirilmədi. Mən "Xəzər Lənkəran"ın mükafatlandırılması zamanı Con Toşakla bu haqda qısa danışdım. Ona sürücünün bunu qəsdən etmədiyini, sadəcə ehtiyatsızlıq etdiyini, bu məsələni böyütməməyini bildirdim".

Qeyd edək ki, "Xəzər Lənkəran" Naxçıvanda ilk dəfə keçirilən Superkubok matçında "Neftçi"ni 2:1 hesabı ilə məğlub edib. Bununla da cənublular tarixində ilk dəfə bu titula yiyələnib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31