Tuyqun Nadirov: "Kubokdan da, çempionluqdan da üstün Superkubok "Xəzər Lənkəran"ın əlindədir"

"Xəzər Lənkəran" Naxçıvanda özünü əsl meydan sahibi kimi hiss etdi. Buna görə yerli azarkeşlərə təşəkkürümü bildirirəm". Siasport.az saytının məlumatına görə, bu sözləri "Xəzər Lənkəran" klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib. O, komandasının əzmkar qələbə qazandığını qeyd edib: "Bu gün Kubokdan da, çempionluqdan da üstün Superkubok "Xəzər Lənkəran"ın əlindədir. Səhər saatlarında klubumuzun prezienti komanda ilə toplantı keçirdi. O dedi ki, meydanda minumum sayda qalsanız da inanın ki, qələbə qazanacaqsınız. Düşünürəm ki, onun dediyi sözlər oyunun son dəqiqəsinə kimi, futbolçuların beyinlərində idi. Komandamız əzmkarlıq göstərib qələbə qazandı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31