Ermənistan Azərbaycan milli komandasının rəqibi oldu
24 Oktyabr 2013 13:08 İdmanRus mətbuatının məlumatına görə, komandalar arasında Şahmat üzrə Dünya Çempionatının 10-cu komandası Azərbaycan olub. "FIDE" sədri Kirşan İlumzinovun qərarı ilə dünya çempionatındakı sonuncu boş yer üçün vəsiqə Azərbaycana verilib. Komandalar arasında Şahmat üzrə Dünya Çempionatı 24 noyabr-6 dekabr tarixlərində Türkiyənin Antalya şəhərində keçiriləcək. Çempion olmaq uğrunda 10 komanda - Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan, Ukrayna, ABŞ, Hollandiya, Almaniya, Çin və Misir komandaları mübarizə aparacaq. ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31