"Qalatasaray" qalib gəldi, "Yuventus" uduzdu
24 Oktyabr 2013 12:38 İdmanBu gün Çempionlar Liqasının qrup mərhələsində III turun oyunlarına yekun vurulub. Qol.Az-ın məlumatına görə, ikinci oyun gününə daha 8 qarşılaşma baş tutub.
Günün ən maraqlı oyunları B qrupunda baş tutub. Belə ki, azərbaycanlı futbolsevərlərin azarkeşlik etdiyi Türkiyənin "Qalatasaray" klubu İstanbulda Danimarkanın "Kopenhagen" klubunu qəbul edib və 3:1 hesabı ilə qalib gəlib.
Qrupun digər oyununda isə "Yuventus" səfərdə Madrid "Real"ının qonağı olub. Görüş İspaniya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31