Mançini: "Komandamdan belə oyun gözləmirdim"
24 Oktyabr 2013 12:28 İdman"Qalatasaray" klubunun baş məşqçisi Roberto Mançini dünən "Kopenhagen"lə oyundan (3:1) sonra qələbəni şərh edib.
Qol.Az-ın məlumatına görə, italiyalı mütəxəssis komandasının qələbəyə layiq oynadığını bildirib: "Görüşdə 60 dəqiqə yaxşı oynadıq. Düzünü desəm, komandamdan bu qədər yaxşı oyun gözləmirdim. Qələbəyə layiq idik. Buna baxmayaraq, hələ də hazır deyilik. Komandada dəyişdiriləcək çox şey var. "Kopenhagen"lə səfər matçımız çox çətin olacaq. Bu oyuna fiziki cəhətdən hazır olmalıyıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31