Ançelotti: "Yuventus" "Qalatasaray"dan güclüdür"

"Yuventus" çox yaxşı təsir bağışladı. Yalnız müdafiə olmayıb, hücumda oynadı. Bizim artıq qrupdan çıxmağımız rahat görünə bilər. Amma bizim üçün sadəcə bu, önəmli deyil. "Real"ın fəlsəfəsi qalan 3 matçı da qazanmaqdır".
Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Real"ın (Madrid) baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının qrup mərhələsində "Yuventus"la oyundan (2:1) sonra deyib.
İtaliyalı mütəxəssis "Yuventus"un yoxsa "Qalatasaray"ın qrupdan çıxacağı ilə bağlı sualı isə belə cavablandırıb: "Qalatasaray"la "Yuventus" arasında xal fərqi çox deyil. Şübhəsiz ki, İtaliya klubu "Qalatasaray"dan daha güclüdür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31