Ronaldodan Beylə dəstək
24 Oktyabr 2013 04:52 İdman"Real"ın (Madrid) futbolçusu Kriştiano Ronaldo komanda yoldaşı Qaret Beylə dəstək çıxıb.
Qol.Az-ın məlumatına görə, Britaniya mətbuatına danışan portuqaliyalı hücumçu Beylin oyununu bəyəndiyini deyib:
"Mövsümöncəsi məşqlərə qatılmadığı üçün ilk vaxtlar çətin günlər keçirdi. Amma indi onun komandaya kömək etmək üçün çalışdığını görürəm. Beylin üzərində basqı yaratmamaq lazımdır. O, güclü futbolçu və yaxşı insandır. Öyrənməyə də çox istəklidir. Əgər məndən tövsiyə almaq istəyirsə, qapım üzünə hər zaman açıqdır".
Qeyd edək ki, Qaret Beyl zədə səbəbindən bir müddətdir ki, forma geyə bilmir. Buna görə onu tənqid edənlər də var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31