İnyesta "Barselona" ilə 5 illik müqavilə imzalayacaq

"Barselona"nın vitse prezidenti Xose Maria Bartemeu maraqlı açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, katalon klubunun vitse prezidenti açıqlamasında qeyd edib ki, komandanın ulduz futbolçusu Andre İnyesta ilə 5 illik müqavilənin imzalanması üzərində aparılan müzakirələr artıq tamamlanıb və yaxın günlərdə futbolçu ilə rəsmi müqavilə imzalanacaq. X. Bartemeu bildirib ki, futbolçunun özü də "Barselona"da qalmaq istəyir. O, həmçinin qapıçı məsələsinə də aydınlıq gətirib. Qeyd edib ki, komandaya Viktor Valdesin yerinə iki deyil, yalnız bir qapıçı transfer olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31