FİFA dünya çempionatının 100 illiyinə həsr olunmuş “F2014” adlı film çəkilir

Fransız şirkəti tərəfindən 2014-cü ildə Braziliyada keçiriləcək FİFA dünya çempionatının 100 illiyinə həsr olunmuş "F2014" adlı film çəkilir.
Filmin çəkilişləri Braziliya, Fransa, İsveçrəylə yanaşı Azərbaycanda da aparılır.
Ölkəmizdə aparılan çəkilişlər Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası tərəfindən həyata keçirilir.
Filmdə Beynəlxalq Futbol Federasiyasının Prezidenti Jül Rime rolunu məşhur fransız aktyoru Jerar Depardye canlandırır. ( "OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31