Azərbaycan futbolunda böyük oyun: Əzəli rəqiblər üz-üzə
23 Oktyabr 2013 10:46 İdmanBu gün futbol üzrə Azərbaycan Superkubokunun qalibi müəyyənləşəcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının və Azərbaycan Kubokunun qalibi olan "Neftçi" klubu ilə "Xəzər Lənkəran" qarşılaşacaqlar.Paytaxt təmsilçisi hər 2 titulu qazandığına görə, bu matçda ölkə kubokunun finalçısı "ağ-yaşıllar"la üz-üzə gələcək. Həm də "Böyük oyun" adlanan bu komandaların görüşünü futbolsevərlər böyük maraqla gözləyir.Onu da qeyd edək ki, "Neftçi" iki dəfə Superkuboku qazansa da, "Xəzər Lənkəran" buna nail ola bilməyib.
IV Azərbaycan Superkuboku
23 oktyabr (çərşənbə)
15:00. "Xəzər Lənkəran" - "Neftçi"
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Vaqif Musayev, Rauf Cabbarov.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov.
İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublika stadionu