Çempionlar Liqası: "Barselona" büdrədi, "Borussiya" Londonda qələbə qazandı

Bu gün Çempionlar Liqasında 3 həftəlik fasiləyə yekun vuruldu. Milli.Az Apasport.az-a istinadən xəbər verir ki, DÇ-2014-ün seçmə oyunları başa çatdıqdan sonra bütün qitənin diqqəti ən güclü 32 kluba yönəldi. Qrup mərhələsinin III turunun qarşılaşmaları E, F, G və H qruplarındakı görüşlərlə start götürdü.Turun ilk gününün ən maraq doğuran qarşılaşması Milanda baş tutdu. İlk 2 turda məğlub olmayan 2 komandanın dueli həm də liderlərin matçı idi. Avropa nəhəngləri "Milan" və "Barselona"nın qarşılaşması həm də dövrənin qalibini müəyyənləşdirəcəkdi.E və F qruplarında da turnir cədvəlinin ilk 2 pilləsindəki komandalar üz-üzə gəldilər. Lakin müvafiq olaraq, "Şalke" ilə "Arsenal"ın qonağı olacaq "Çelsi" ilə "Borussiya" hərəyə 1 dəfə uduzublar.Qeyd edək ki, Çempionlar Liqasında III tura bügün A, B, C və D qruplarında keçiriləcək oyunlarla yekun vurulacaq.

Çempionlar Liqası
III tur
22 oktyabr

E qrupu
"Styaua" (Rumıniya) - "Bazel" (İsveçrə) - 1:1
QOL: Martins, 88 - Dias, 48
"Şalke" (Almaniya) - "Çelsi" (İngiltərə) - 0:3
QOL: Torres, 5, 69, Hazard, 88

1  Chelsea                  3 2 0 1 8 2 6 6
2  Schalke 04             3 2 0 1 4 3 1 6
3  FC Basel                3 1 1 1 3 3 0 4
4  Steaua Bucharest  3 0 1 2 1 8 -7 1

F qrupu
"Arsenal" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya) - 1:2
QOL: O. Jiru, 41 - Mkitaryan, 16, Levandovski, 82
"Marsel" (Fransa) - "Napoli" (İtaliya) - 1:2
QOL: Ayev, 86 - Kalleyon, 42, Zapata, 67

1  Borussia Dortmund    3 2 0 1 6 3 3 6
2  Arsenal                       3 2 0 1 5 3 2 6
3  Napoli                         3 2 0 1 4 4 0 6
4  Olympique Marseille  3 0 0 3 2 7 -5 0

G qrupu
"Porto" (Portuqaliya) - "Zenit" (Rusiya) - 0:1
QOL: Kerjakov, 86
Qırmızı vərəqə: Hektor Herrera, 6 ("Porto")
"Austriya" (Avstriya) - "Atletiko" (İspaniya) - 0:3
QOL: Raul Qarsiya, 8, Kosta, 20, 53

1  Atlético Madrid          3 3 0 0 8 2 6  9
2  Zenit St. Petersburg  3 1 1 1 2 3 -1 4
3  FC Porto                    3 1 0 2 2 3 -1 3
4  Austria Wien              3 0 1 2 0 4 -4 1

H qrupu
"Seltik" (Şotlandiya) - "Ayaks" (Hollandiya) - 2:0
QOL: Forrest, 45 (pen.), Kayal, 54 - Lasse Şon, 90
Qırmızı vərəqə: Nir Biton, 88 ("Seltik")
"Milan" (İtaliya) - "Barselona" (İspaniya) - 1:1
QOL: Robinyo, 9 - Messi, 23

1  FC Barcelona  3 2 1 0 6 1 5 7
2  AC Milan          3 1 2 0 4 2 2 5
3  Celtic                3 1 0 2 2 4 -2 3
4  Ajax                   3 0 1 2 2 7 -5 1

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31