Balotelli “Barselona”ya qarşı oynayacaqmı?
22 Oktyabr 2013 19:22 İdman"Milan"ın futbolçusu Mario Balotelli bu gün Çempionalar Liqasının qrup mərhələsində baş tutacaq "Barselona" ilə matçda forma geyə bilər.
Qol.Az-ın məlumatına görə, gənc hücumçu bir neçə gün əvvəl komanda ilə məşq zamanı zədələnmiş və onun Kataloniya klubu ilə qarşılaşmada iştirakının məlum olmadığı bildirilmişdi.
Ancaq klubun baş məşqçisi Massimiliano Alleqri bu oyun üçün 20 nəfərlik heyətə italiyalı futbolçunun da adını daxil edib. Balotellinin böyük ehtimalla görüşdə forma geyəcəyi gözlənilir.
Qeyd edək ki, "Milan" və "Barselona" ötən mövsüm Çempionlar Liqasının 1/8 finalında da qarşılaşıb. İtaliya təmsilçisi öz meydanında 2:0 hesabı ilə qalib gəlsə də, "Nou Kamp"da 0:4 hesabı ilə məğlub olaraq növbəti mərhələyə keçə bilməmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31