Buffon "Real"ın transfer siyasətini tənqid etdi
22 Oktyabr 2013 19:21 İdman"Yuventus"un qapıçısı Canluici Buffon Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi "Real" (Madrid) klubunun transfer siyasətini tənqid edib.
Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli qolkiper Madrid klubunun 10 ildir ki, ulduz oyunçuları transfer etdiyini ancaq hələ də 10-cu dəfə Çempionlar Liqasını qazana bilmədiyini deyib:
"Real" pul xərcləyərək çempion ola biləcəyini düşünür. Ancaq əsl çempion olmaq üçün balanslı komanda yaratmaq və səbirli olmaq lazımdır".
Qeyd edək ki, Madrid klubu son beş ildə transferə 600 milyon avrodan çox pul xərcləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31