Bu axşam "Barselona"-"Milan" dueli olacaq!
22 Oktyabr 2013 14:16 İdmanBu gün axşam UEFA Çempionlar Liqasında 3 həftəlik fasiləyə yekun vurulacaq. Siasport.az saytı xəbər verir ki, gələn il Braziliyada keçiriləcək futbol üzrə Dünya çempionatının seçmə oyunları başa çatdıqdan sonra bütün qitənin diqqəti ən güclü 32 kluba yönələcək. Qrup mərhələsinin III turunun qarşılaşmaları E, F, G və H qruplarındakı görüşlərlə start götürəcək. Turun ilk gününün ən maraq doğuran qarşılaşması Milanda baş tutacaq. İlk 2 turda məğlub olmayan 2 komandanın dueli həm də liderlərin matçıdır. Avropa nəhəngləri "Milan" və "Barselona"nın qarşılaşması həm də dövrənin qalibini müəyyənləşdirəcək. E və F qruplarında da turnir cədvəlinin ilk 2 pilləsindəki komandalar üz-üzə gələcək. Lakin müvafiq olaraq, "Şalke" ilə "Arsenal"ın qonağı olacaq "Çelsi" ilə "Borussiya" hərəyə 1 dəfə uduzublar.