"Qalatasaray" avrokuboklarda ilkə imza atır
22 Oktyabr 2013 13:40 İdmanTürkiyənin "Qalatasaray" klubu sabah baş tutacaq Çempionlar Liqasının qrup mərhələsinin "Kopenhagen" oyunu ilə bir ilkə imza atmış olacaq.
Qol.Az-ın sporx.com-a istinadən verdiyi məlumata görə, bu görüşlə "Cim-bom" Avropa kuboklarında ilk dəfə bir Danimarka klubu ilə qarşılaşacaq.
İndiyə kimi isə "Kopenhagen" Türkiyə klublarından yalnız "Trabzonspor"la 1991/1992 və 1977/1978, mövsümündə üz-üzə gəlib. Bu oyunlarda Trabzon təmsilçisi üstün tərəf olub.
Qeyd edək ki, "Qalatasaray" - "Kopenhagen" görüşü sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31