Mourinyo cəzalandırıldı
22 Oktyabr 2013 13:31 İdman"Çelsi"nin baş məşqçisi Joze Mourinyo bir oyunluq cəzalandırılıb.
Qol.Az-ın İngiltərə Futbol Federasiyasının saytına istinadən verdiyi məlumata görə, buna portuqaliyalı mütəxəssisin Premyer Liqanın 8-cu turunda "Kardiff"lə matç (4:1) zamanı kobud davranışları səbəb olub. O,görüşün hakiminin verdiyi qərarlara narazılığını sərt şəkildə bildirib.
Qeyd edək ki, təcrübəli çalışdırıcının oktyabrın 24-ə qədər qərara etiraz etmək hüququ var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31