"Roma"da Totti şoku

"Napoli" ilə oyunda dizindən zədələnən "Roma"nın kapitanı Françesko Tottinin son durumuna aydınlıq gəlib.
Qol.Az-ın məlumatına görə, 37 yaşlı futbolçu ən azı bir ay yaşıl meydanlardan kənarda qalacaq.
Komandanın həkimləri Tottinin yaxın 10 gün ərzində yüngül məşqlərə belə qatıla bilməyəcəyini bildirib. Belədə təcrübəli futbolçunun qarşıdakı "Udineze" və "Kievo" ilə oyunlarda forma geyinə bilməyəcəyi dəqiqləşib.
Qeyd edək ki, 1992-ci ildən "Roma"nın şərəfini qoruyan Totti komandası ilə müqaviləsini 2016-cı ilə qədər uzadıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31