Ronaldo: "Kloze mənim rekordumu yeniləsə..."

Braziliya futbolunun canlı əfsanəsi Ronaldo Almaniya millisinin hücumçusu Miroslav Klozenin onun dünya çempionatları tarixindəki rekordunu yeniləmək şansları barədə danışıb.
Qol.Az-ın məlumatına görə, FİFA-nın rəsmi saytına danışan Ronaldo Klozenin onun rekordunu təzələyəcəyindən narahatçılıq hissi keçirmədiyini bildirib:
"Bəli, artıq indidən insanlar Klozenin mənim rekordumu yeniləyəcəyi haqda düşünürlər. Bu, məni heç də narahat etmir. Çünki rekordlar elə qırılmaq üçündür. Gec-tez bu rekordu da qıran tapılacaq.
Ancaq bu faktdır ki, mən dünya çempionatlarında 15 qol vurmuşam və həmin anları heç vaxt unutmaram. Əgər Kloze qarşıdakı mundialda məndən çox qol vursa, onu təbrik edəcəm və heyranı olacağam. Ancaq Kloze mənim vurduğum qolları və yazdığım tarixi əlimdən ala bilməyəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31