Niko Kovaç Xorvatiya millisinin baş məşqçisi oldu

Futbol üzrə Xorvatiya millisində baş məşqçi dəyişikliyi baş verib. Siasport.az saytı xəbər verir ki, gələn il Braziliyada keçiriləcək futbol üzrə Dünya Çempionatına yollanmaq istəyən Xorvatiya millisi, qrupdan 2-ci sırada çıxdığı üçün pleyy-off qarşılaşmasında qalib gəlməlidir. Yeni baş məşqçi kimi Niko Kovaçla 3 illik müqavilə imzalayan Xorvatiya Futbol İttifaqı (XFİ), komandanın qarşısında pleyy-off mərhələsini keçərək Dünya Çempionatına yollanmağı əsas məqsəd kimi qoyub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31