Qurban Qurbanov: "Daha çox qol vura bilərdik"
21 Oktyabr 2013 12:34 İdman"İlk hissədə oyunumuz yaxşı alınmadı. İkinci hissədə daha yaxşı oynadıq, üç qol vurub qalib gəldik. Daha çox qol vura bilərdik, qol epizodlarımız oldu".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Sumqayıt"la oyundan (3:0) sonra keçirilən mətbuat kofransında deyib.
O, meydanın əlverişli vəziyyətdə olduğunu desə də, hava şəraitinin oyuna mənfi təsir etdiyini bildirib: "Hava şəraiti də oyunumuza təsirsiz ötüşmədi. Süni örtüklü olmasına baxmayaraq, meydançanın vəziyyəti yaxşı idi. "Sumqayıt" klubu stadionda çox yaxşı şərait yaradıb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31