Droqba: “Gözləmirdim”
18 Oktyabr 2013 14:53 İdmanBuilki "Qızıl ayaq" (Golden foot) mükafatına layiq görülən "Qalatasaray"ın futbolçusu Didye Droqba bu barədə açıqlamar verib.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, səslərin 70 faizini toplayaraq Ronaldo, İnyesta, Kasilyas kimi oyunçuları geridə qoyan fildişi sahilli hücumçu mükafata sahib olduğu üçün qürur hiss keçirdiyini bildirib: "Bu səsvermədə azarkeşlər iştirak etdi və məni birinci seçdilər. Futbol tarixinə adımı yazdırdığım üçün xoşbəxtəm. "Qalatasaray" azarkeşlərinə xüsusi təşəkkürümü bildirirəm. Çünki qazanmağım üçün çox çalışdırılar".
O bildirib ki, bu qədər səs faizi ilə qalib gəlmək onun üçün gözlənilməz olub: "Qızıl ayaq"ı qazanmaqla, Afrikada bu mükafata ilk layiq görülən futbolçu oldum və xalq tərəfindən seçildim".
Qeyd edək ki. "Qızıl Ayaq" mükafatının builki baş sponsoru "Land of fire Azerbaijan" brendi olub.