Del Boske: "Beşiktaş"da önəmli təcrübə qazandım"
18 Oktyabr 2013 20:34 İdmanİspaniya millisinin baş məşqçisi Visente Del Boske "Beşiktaş"da işlədiyi vaxtlardan danışıb.
Qol.Az-ın "AS" qəzetinə istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis Türkiyədə boşuna zaman keçirmədiyini deyib. O, İstanbul klubunda böyük bir təcrübə qazandığını bildirib: "Orada ailəmlə birgə çox gözəl günlər keçirdim."Beşiktaş"ın oyunçu heyəti tez-tez dəyişir. Klub Avropada uğurlar qazanmalıdır".
Qeyd edək ki, Del Boske 2004-2005-ci illərdə "Beşiktaş"ı çalışdırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31