AFFA-nın nümayəndəsi UEFA-nın tədbirində iştirak edir
17 Oktyabr 2013 18:18 İdmanAFFA-ya istinadən "OLAYLAR" İA xəbər verir ki, bu gün oktyabrın 17-də İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında 2020-ci ildə təşkil olunacaq Avropa çempionatına həsr olunmuş ilk tanıtım seminarı öz işinə başlayıb. Avro-2020-nin oyunlarına ev sahibliyi üçün namizədliyini irəli sürmüş bütün şəhərlərin nümayəndələrinin qatıldığı tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov və İşçi Qrupun üzvləri iştirak edir. Seminar sabah - oktyabrın 18-də yekunlaşacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31