Foqts: “Güclü rəqibə qol vurduq”
17 Oktyabr 2013 12:12 İdmanDÇ-2014-ün seçmə mərhələsində keçirilmiş Azərbaycan - Rusiya oyunundan sonra Azərbaycan və Rusiya yığmalarının baş məşqçiləri müxtəlif fikirlər səsləndiriblər. AFFA-ya istinadən bu barədə "OLAYLAR" xəbər verir.
Azərbaycan millisinin baş məşqçisi Berti Foqts: "Komandamı təbrik edirəm. Azlıqda qaldıqdan sonra oynamaq asan deyildi. Bununla belə, güclü rəqibə qol vurduq. Dörd gün ərzinddə 2 oyun keçirmək çətindir. Lakin xal qazana bildik. Azarkeşlərə minnətdarlığımı bildirirəm. Sonacan bizi dəstəklədilər. Rusiya millisinə isə dünya çempionatında uğurlar arzulayıram" deyə bildirib.
"Oyundan razıyam. Hesabı açdıq. Qol epizodlarımız olsa da, birindən istifadə etdik. Rəqib isə yeganə şansından yararlandı. Bu seçmə mərhələdə 3-cü dəfədir 90-cı dəqiqədə qol buraxırıq. Bunun üzərində işləməliyik. Qrupumuzda Portuqaliya kimi güclü rəqib vardı. Şadam ki, onları qabaqlayıb mundiala birbaşa vəsiqə əldə etdik" deyə Rusiya millisinin baş məşqçisi Fabio Kapello bildirib. OLAYLAR