“Qızıl ayaq” Droqba

2003-cü ildən bəri 28 yaşdan yuxarı futbolçuya verilən "Qızıl ayaq" (Golden foot) mükafatının builki sahibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu mükafata "Qalatasaray"ın ulduz futbolçusu Didye Droqba layiq görülüb.
Belə ki, 35 yaşlı hücumçu səsvermənin finalında Ronaldo və Bekhemi geridə qoyaraq birinci seçilib. Məlumatlara görə, Droqbanın birinciliyində Türkiyədən gələn səslərin böyük rol oynadığı deyilir. Fildişi sahilli forvard ötən gün klubdan icazə alaraq mükafatını almaq üçün Monakoya gedib.
Qeyd edək ki, ümumilikdə 10 futbolçu iştirak etdiyi səsvermədə Kasilyas, Eto'O, Kloze, Iniyesta, Ronaldo, Pirlo, Lampard, Bekhem ve Trezeqe iştirak edib. "Qızıl ayaq" mükafatının ötən ilki qalibi isə Zlatan İbrahimoviçdir (PSJ).

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31