Buffon: "Yaxşı ki, "Barselona"ya transfer olunmadım"
17 Oktyabr 2013 11:43 İdman"Yuventus" klubunun qapıçısı Canluici Buffon 2001-ci ildə "Barselona"dan təklif aldığını etiraf edib. Qol.Az-ın məlumatına görə, italiyalı qolkiper "Yuventus"da qaldığı üçün xoşbəxt olduğunu bildirib: "2001-ci ildə "Barselona"ya transfer oluna bilərdim. Ancaq atam "Yuventus"a getməyimi istədi. O gün üçün atama təşəkkür edirəm. Çünki Turində çox gözəl günlərim olub. Artıq 35 yaşım var. Ancaq daha bir neçə il oynamağı planlaşdırıram".
Qeyd edək ki, Buffon 2001-ci ildə "Parma"dan "Yuventus"a transfer olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31