Kafu: "Neymar Messi və Ronaldonu keçəcək"

Braziliya futbolunun canlı əfsanəsi Kafu "Barselona"nın hücumçusu Neymar haqda xoş sözlər deyib.
Qol.Az-ın məlumatına görə, Kafu Neymarın yaxın gələcəkdə Lionel Messi və Kriştiano Ronaldonu keçəcəyini bildirib:
"Neymar Braziliyanın gələcək vəd edən futbolçularındandır. Ona "Barselona"da iki il zaman lazımdır. Bu müddətdən sonra Neymar həm Messi, həm də Ronaldonu keçəcək".
Qeyd edək ki, bu mövsüm "Barselona"nın heyətində 11 oyun keçirən Neymar 3 qola imza atıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31