Fatih Terim ilə 4 illik yeni müqavilə
Türkiyə millisinin baş məşqçisinin köməkçisi Ümit Davala olacaq
17 Oktyabr 2013 11:40 İdmanTürkiyə Futbol Federasiyası Fatih Terim ilə 4 illik yeni müqavilə bağlayacaq. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Dünya Çempionatınn seçmə mərhələsinin son oyununda Hollandiyaya məğlub olaraq play-off şansını itirən Türkiyə millisini növbəti 4 ildə Fatih Terim çalışdıracaq.
"İmperator" ləqəbli məşqçi ilə bağlanacaq müqavilə 2018-ci ildə qədər nəzərdə tutulub. Türkiyə yığmasını növbəti Avropa Çempionatına və 2018-ci ildə keçiriləcək Dünya Çempionatına Farih Terimin köməkçisi "Qalatasaray"da birgə çalışdığı Ümit Davala olacaq.
Yeni müqaviləyə görə, Fatih Terim ildə 3 milyon avro qazanacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31