"Fənərbaxça"da ciddi itki

Türkiyənin "Fənərbaxça" klubu ciddi itki ilə üzləşib. Qol.Az-ın məlumatına görə, təcrübəli yarımmüdafiəçisi Mehmet Topal milli komandanın heyətindən zədə ilə dönüb. Türkiyə - Hollandiya matçından sonra onun ayaq əzələsində yırtıq aşkarlanıb.
Bu səbəbdən M.Topal Superliqada "Kayserispor"la oyunu buraxmalı olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31